"Nar Azərbaycanın mobil rabitə bazarında daha bir ilkə imza atdı. İndi "Full paketlərinin istifadəçiləri öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları digər bonuslarla dəyişmək imkanından yararlana biləcəklər. Başqa sözlə, abunəçi bu yenilik sayəsində toplanmış bonuslarını danışıq dəqiqələrindən meqabaytlara və ya əksinə, meqabaytlardan danışıq dəqiqələrinə dəyişə biləcək.

"Exchange təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə biləcək, 1 danışıq dəqiqəsini 2 meqabayt internet trafikinə və ya 2 meqabaytı 1 danışıq dəqiqəsinə çevirmək imkanından yararlanacaq. Bütün "Full istifadəçilərinin faydalana biləcəyi təkliflə həm də dəyişdirilmiş bonuslara nəzarət etmək mümkündür. Hər bir konvertasiya əməliyyatı üzrə nəzərdə tutulmuş ödəniş cəmi 20 qəpik təşkil edir.

Xatırladaq ki, "Full paketlərinin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. "Full abunəçilərə ölkədaxili danışıq dəqiqələri və bol internetdən sərfəli qiymətlərlə yararlanmaq imkanını yaradır. Rominqdə olan "Full istifadəçiləri də paketlərin üstünlüklərindən tam yararlana bilirlər.

"Full paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində öyrənmək olar.