"Türkiyə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla bir yerdədir. Azərbaycan da bütün beynəlxalq məsələlərdə Türkiyəni dəstəkləyir".
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.
Dövlət başçısı "Zeytun budağı əməliyyatının uğurla başa çatması münasibətilə Türkiyə xalqını təbrik edib.