"Ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq".
Unikal.org-un apa-ya istinadən məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Ermənistanda baş verən hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret hansı dəyişikliklərin ola biləcəyi sualına Rusiya XİN sözçüsü belə cavab verib: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bundan sonra da yerinə yetirməyə davam edəcək. Səmimi olaraq ümid edirik ki, Ermənistanda vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlar prosesinə qayıdacaq. Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi baş verməməlidir. Bu, vəziyyəti daha da dərinləşdirməkdən başqa heç nəyə gətirib çıxarmayacaq. Çıxış yolu ancaq sülh və danışıqlar müstəvisində olmalıdır".