Bakı Şəhər Təhsil İdarəsi şagirdi döydüyünə görə işdən qovulan müəllimlə bağlı yeni məlumat yayıb.

İdarədən unikal.org-a verilən açıqlamada bildirilib ki, 189-190 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyevanın işdən azad olunması haqqında verilmiş qərar müvafiq qanunvericiliyin tələbləri çərçivəsindədir:

"Müvafiq araşdırma müəllimin iştirakı ilə həyata keçirilib və məktəbin Həmkarlar İttifaqı Komitəsində aparılan müzakirə, eləcə də müəllimin özünün işdən azad olunma barədə ərizəsi nəzərə alınaraq, yekun qərar qəbul edilib.