"Twitterin parol saxlanma sistemində səhv aşkar edilib. Bu səbəbdən "Twitter bütün istifadəçilərini sistemə giriş üçün parolları dəyişdirməyə səsləyib.
Unikal.org ICTnews-a istinadən xəbər verir ki, "Twitterdə öz hesabınız üçün parol yaradarkən şirkətimiz tərəfindən istifadə edilən texnologiyalar parolları elə maskalayır ki, şirkətin əməkdaşları onları görə bilməsinlər.
"Bu yaxınlarda məlum olub ki, parollar daxili jurnalda maskalanmamış şəkildə saxlanılıb. Biz səhvi aradan qaldırmışıq və araşdırmamız göstərir ki, parollara müdaxilə və ya qanunsuz istifadə üzrə heç bir əlamət qeydə alınmayıb, - deyə şirkətin bəyanatda bildirilib.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin sonunda "Twitter servisində 330 milyondan çox aktiv istifadəçi qeydiyyatdan keçib.