Bir vaxtlarin sürücülər qəsəbəsi kimi tanınan Qobustanda əvəllər "Kamaz"ı indi isə "Şaqman"ı olmayana qız verilmir.
Unikal.org xəbər verir ki, bura Bakının təxminən 70 kilometrlik məsafəsində yerləşən Qaradağ rayonunun Qobustan qəsəbəsidir. Qəsəbə sakinlərinin dili ilə desək, ''Qobustan qəsəbəsində "Kamaz"ı olmayana qız da verilmir''.
Bu qəsəbədə sözün əsl mənasında hər həyətdə bir "Kamaz" var. "Kamaz"ların sayının həddindən artıq çox olmasını elə qəsəbəyə girişdə və mərkəzi yolda olan təmir qarajlarının sayından da hiss etmək olur.
Qəsəbədə "Kamaz" sayının çox olmasının səbəbi ilə maraqlandıq. Yerli sakinləri deyir ki, Qaradağ daş karxanalarının əsas məkanıdır. Məhz buna görə də, bu qəsəbədə kamaz sayısı bu qədər çoxdur. Qəsəbə sakinlərinin bir çoxu sürücülük edərək çörək pulunu qazanır.
Digər bir səbəb isə vaxtı ilə bu ərazidə yük avtomobilləri bazasının olmasıdır.
Bu kamazların əksəriyyəti şəxsidir, bəziləri isə icarə əsasında istifadə edilir.