Xəzər dənizində zəlzələ olub.
Bu barədə Unikal.org-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, yerli vaxtla 03:26:31-də dənizdə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3,9, dərinliyi 59 km olub.