Azərbaycanda "Coca-cola" içkisindən zəhərlərək öldüyü deyilən Murad Nəsirov Ağdam döyüşlərində şəhid olan Əfqan Nəsirovun oğludur.
Bu barədə Unikal.org-a mərhumun yaxınları məlumat verib.
Bildirilib ki, şəhid Nəsirov Əfqan Rəfi oğlunun 8 övaldı (5 qız, 3 oğlan) olub.
Dünən "Coca-cola" içkisindən zəhərlənərək dünyasın dəyişdiyi deyilən 1993-cü il təvəllüdlü Murad Nəsirov şəhidin ən kiçik övladı olub.
Qeyd edək ki, bir neçə saat bundan əvvəl Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda bildirilir ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola" içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb.
Xatırladaq ki, şəhid Nəsirov Əfqan Rəfi oğlu 8 mart 1962-ci ildə Kəlbəcər rayonun Məmmədsəfi kəndində dünyaya gəlib.1977-ci ildə Kəlbəcər rayon İstisu qəsəbə orta məktəbinin 8-ci sinifini bitirib. Elə həmin ərəfədə Əfqanın atası Rəfi ailəsi ilə birlikdə Xocavənd kəndinə köçüb. Dağlıq Qarabağda Ermənilərlə Azərbaycanlılar arasında münaqişə başlanandan sonra Əfqan Xocavənd kəndində yaradılmış özünümüdafiə dəstəsinə qoşulub. Əfqan 1992-ci ildə könüllü olaraq Ağdam rayonundakı E.Bağırov adına könüllü özünümüdafiə batalyonuna üzv yazılır. Əfqanın son döyüşü 24 noyabr 1992-ci ildə Ağdam rayonun Mərzli kəndi uğrunda gedən döyüşlər də ağır yaralanıb. Noyabr ayının 27-də dünyasın dəyişib.