İndiyədək 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən 3 nəfərin namizədliyi qeydə alınıb.
 
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, ümumilikdə həmin dairə üzrə 14 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. "Artıq onlardan 9 nəfəri imza vərəqələrini dairə seçki komissiyasına təqdim ediblər".
MSK sədri deputatlığa namizədlərə xəbərdarlıq da edib. O bildirib ki, namizədlərin təşviqat kampaniyasından əvvəl kampaniya aparmaları arzuedilən deyil.("Report")