Vergilər Nazirliyində Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi yaradılıb.
Unikal.org xəbər verir ki, nazirliyin Hüquq baş idarəsinin rəisi vəzifəsində işləyən Zeynalabdin Məmmədzadə yeni baş idarənin rəisi vəzifəsinə keçirilib.
Nazirliyin Vergi ödəyicilərinə xidmət baş idarəsinin Çağrı Mərkəzi və Xidmət Mərkəzi ləğv edilərək, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti yaradılıb. Vergi ödəyicilərinə xidmət baş idarəsi rəisinin müavini vəzifəsində işləyən Məhəmməd Yunusov həmin Departamentin rəisi vəzifəsinə keçirilib.
Vergilər Nazirliyinin vergi borclarının alınması və ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin adı dəyişdirilərək Ərazi vergi orqanları ilə iş üzrə baş idarə adlandırılıb. Baş idarənin adı dəyişdirildikdən sonra da bu idarəyə əvvəlki kimi Elçin Bəylərov rəhbərlik edəcək.
Vergilər nazirinin digər əmri ilə İnsan resursları idarəsi rəisinin birinci müavini vəzifəsində işləmiş Ağasəməd Əfəndiyev Vergilər Nazirliyi Aparatının rəhbəri təyin olunub.