Qoç - səhər saatlarında günə aktiv başlayın, vaxtınızı boş keçirməyin. İşə və ya təhsil müəssisəsinə gecikməyin. İctimai nəqliyyatda gecikmələr yarana bilər. Buna görə də evdən bir qədər tez çıxın. Yolda ehtiyatlı olun. Saatlar keçdikcə işlərin çoxaldığını və qarşınıza qoyulan tələblərin ciddiləşdiyini anlayacaqsınız.
Buğa - bu gün sizə məsul iş tapşırıla bilər. Günün ikinci yarısında əhvalınızın dəyişməsi istisna deyil. Əvəzində maliyyə işlərində irəliləyiş olacaq. Axşam saatlarında mənəvi dəstək alacaqsınız.
Əkizlər - Bu gün sizdən ünsiyyətlərdə diqqət, iş yerində və təhsil müəssisəsində təmkin, söhbətlərdə konkretlik tələb olunur. Yaxınlarınız və sizə əziz olan insanlara əsla yalan danışmayın. Maliyyə çətinlikləri hiss edəcəksiniz. Amma almaq istədiyiniz bahalı əşya üçün "ilkin ödənişsiz, sərfəli şərtlərlə" adlı tələli kreditə aldanmayın. Unutmayın: istənilən kredit sizə qısamüddətli sevinc və uzunmüddətli başağrısı bəxş edir.
Xərçəng - pozitiv düşüncə ilə bağlı problemləriz yaranmasın. Əvvəl başladığınız işləri başa vurun və sədlərlə qarşılaşıb maneələri dəf etməli olsanız, ruhdan düşməyin. Sosial şəbəkələrdə mübahisələrə qatılmayın. Fikrinizi bildirin, virtual hücumlara cavab verməyin.
Şir - indiyədək yararlanmadığınız və ya istifadə etmək istəmədiyiniz bacarıqları işə salın. Məqsədinizə çatmaq üçün yaranmış şəraiti anlamalı, detalları götur-qoy etməli, dostlarınız, müttəfiqləriniz, tərəfdarlarınızla yanaşı, bədxahlarınızı da dəqiq müəyyənləşdirməlisiniz.
Qız - yalnız anadangəlmə bacarıq və sonradan əldə etdiyiniz biliklərə güvənməyin. İmkan yaranan kimi təcrübənizi və biiklərinizi arrtırmağa çalışın. Axşam saatlarına yaxın maraqlı təklif ala bilərsiniz.
Tərəzi - gün ərzində nələr baş verirsə-versin - ruhdan düşməyin və əsla geri çəkilməyin. İmkan və istedadlarınızı da kimsədən gizlətməyin. Əgər bacarıqlarınızdan hələ də tam miqyasda istifadə edə bilmirsinizsə, onların tətbiqi üçün yeni sahə və ya müstəvini müəyyənləşdirin. Şanslardan yararlansanız, yaxşı gəlir və ya nəticə əldə edə bilərsiniz.
Əqrəb - bu gün sizi aldatmaq və ya yalanlar toruna salmaq çətin olacaq. Müstəqil olun, enerjili davranın, potensialınızı reallaşdırın. Belə üstünlüklərlə məqsədə çata bilərsiniz. Hədəfi konkret müəyyənləşdirin və ona doğru irəliləyin. Lakin ehtiyatlı olmağı da unutmayın
Oxatan - qazlı su içməyin, şirniyyata və ya küçədə açıq satılan təamlara aludə olmayın. Alış-verişdə bədxərclik etməyin və pulların xərclənməsinin məntiqi yolunun paltar, telefon və ya əyləncə olduğunu düşünməyin. Axşam saatlarında sosial şəbəkələrdə asılıb qalmayın. Mobil telefon üçün 3G nədirsə, sosial şəbəkə də bu gün sizin üçün odur: enerjinizi göz görə-gbrə tükədəcək.
Oğlaq - Bu gün enerjili, gülərüz, orijinal olun. Səhər saatlarından etibarən başlayacaq gərgin iş qrafiki, bir-birlərini əvəzləyəcək hadisələrə hazır olmalısınız. Yardım gözləməyin, dəstəyə bel bağlamayın. Bu gün ulduzlar qətiyyətli, cəsur, özlərinə inanan insanın tərəfindədir.
Dolça - Gün ərzində ünsiyyət, xoş söhbətlər, əyləncəyə can atsanız da, hisslərinizi cilovlayın. Düzünü deyin: ciddi iş rejimi ilə son dəfə nə zaman çalışıbsınız? Yox, fikirləşməyin ki, siz işdə hamıdan çox zəhmət çəkirsiniz, rəhbərlik isə bunu görmür. Sadəcə, siz lazımi işləri görmür, lazımi adamlarla danışmır, lazımlı zaman irəliyə çıxmağa çalışmırsınız.
Balıqlar - özünüzü zəif göstərməyin. İşi, həvalə edilən tapşırığı başa vurmamış dincəlməyin. Sirr kimi saxladığınız informasiyadan artıq başqalarının xəbəri var, amma bunu hələ bilmirsiniz. Zərbə almamaq üçün preventiv, qabaqlayıcı tədbirlərə əl atın. Kimsə sizi üstələməməli, bədxahlar zəifliyinizə gülməməlidirlər. Bu gün sonadək mübariz olun.