Azərbaycan Prezident Admnistrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmraslanovun rəhbərlik etdiyi işçi qrupu Zaqatala rayonunda olub.

Unikal.org "Kanal S"-ə istinadən xəbər verir ki, Muxax istehsalat kooperativinin günəbaxan və toxumluq buğda sahələri, Lahıc kəndindəki fındıq emalı müəssisəsi, kümçülük təsərrüfatı, Zaqatala süd emalı zavodu, "Zaqatala-Ət" məhdud məsuliyyətli cəmiyyəti, tütün emalı zavodu ilə tanışlıq olub, yazlıq bitkilərin əkin sahələrinə baxış keçirilib.

Daha sonra kənd təsərrüfatı işlərinin gedişinə və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib. Müşavirədə ölkədə uğurla həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı istiqamətində görülən işlər, aqrar sektorun inkişaf perspektivlərindən danışılıb. Tədbir çərçivəsində, həmçinin fermerlər tərəfindən səsləndirilən təklif və fikirlərə aydınlıq gətirilib.