"Hadisə 15 yaşlı qızının gözü önündə baş verib"
 
İzmirin Buca mahalında qorxunc bir cinayət yaşandı. Hadisə, saat 17.00 radələrində, Buca Koo, Məhəlləsi 1408 küçədəki mənzildə baş verib.
 
Evli və 3 uşaq anası M.Ç. (33) 15 yaşındakı qızı A.Ç ilə birlikdə bacısı N.T.-nin evinə qonaq gəlib. M.C-nin qonşusu olan A.T. (31) adlı qadın da bir müddət sonra eyni ünvana gəlib. A.T. adlı qadın ilə M.Ç. adlı qadın arasında mübahisə olub. Mübahidə davaya çevrilib və A.T. yanında gətirdiyi bıçaqla M.C-nin boğazını qızının gözü qarşısında kəsib.

POLİS QISA müddətdə cinayətkar qadını tutdu...

Qatil şübhəlisi hadisə yerindən qaçarkən M.Ç- qan içində yerə yıxılıb. Şok keçirən A.Ç anası üçün ətrafdakılardan kömək istəyib. Dərhal təcili yardım birqadası hadisə yerinə gəlsədə və M.Ç-nin həyatını xilas etmək mümkün olmayıb. Digər tərəfdən hadisə sonrası qaçan qatil şübhəlisi A.T, polis qrupları tərəfindən tutulub. M.C-nin cəsədi ekspertiza üçün İzmir Ədliyyə Tibb Qurumuna gətirilib.

Nəzarətə alınan şübhəli A.T sorğulanmaq üçün Cinayət Büro Komandirliyinə aparılıb. Məlum olub ki, M.C təxminən 4 ay əvvəl ərindən boşanıb. Boşanmalarına səbəb isə qonşusu A.T-nin əri ilə eşq yaşaması olub. A.T buna görə M.C-ni günahlandırarkən yaranan mübahisə zəmnində öldürdüyü məlum olub.
 
Hadisə ilə əlaqədar istintaqı aparılır. 
[video= |