Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. 1981-ci il təvəllüdlü Surac Abdullayev yüksək sürətlə idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolu tənzimləyən beton maneəyə çırpıb.

Qəza zamanı sürücü və avtomobildə olan 6 nəfər, 1995-ci il təvəllüdlü Anjela Mirasliçenko, 1998-ci il təvəllüdlü Ramin Abdullayev, 1988-ci il təvəllüdlü Rıslan Mirasliçenko onun qızı 2006-cı il təvəllüdlü Fatimə, 1979-cu il təvəllüdlü Sergey Mirasliçenko və 1993-cü il təvəllüdlü Doçenko Arsen adlı şəxslər müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan iki xəstəxanaya yerləşdiriblər. Tibbi yardıma baxmayaraq, sürücü Surac Abdullayev xəstəxanada ölüb.

Qeyd edək ki, qəzaya düşənlər qaraçılardır və onlar Gəncənin Natəvan qəsəbəsində məskunlaşıblar.

Hadisəyə avtomobilin sərxoş vəziyyətdə idarə edilməsinin səbəbə olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

00:20

Milli.Az Region TV-yə  ( Kəpəz Tv ) istinadən bildirir ki, qəzada 7 nəfər xəsarət alıb. Yaralıların 3-ü uşaqlardır.

00:02

Gəncədə piyadalın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 23 radələrində şəhərin Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. Məlumata görə,  "VAZ" markalı avtomobilin idarəetmədən çıxması nəticəsində 6 piyada vurulub.
 
Xəsarət alan piyadalardan 4-ü Abbas Səhhət adına xəstəxanaya, ikisi isə Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Xəsarət alanlardan  biri uşaq, üçü isə böyükdür.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
 
---------

23:59

Milli.Az Region TV-yə ( Kəpəz Tv ) istinadən  bildirir ki, bu gün axşam saatlarında Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib. Şəhərin Üzeyir Hacıbəyov küçəsi ilə hərəkət edən VAZ markalı avtomobil idarəetməni itirərək Nizami sovxozu adlanan ərazidə yol dairəsinin tənzimləyən betona çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.