Türkiyənin Muğlanın Fethiye mahalına tətilə gələn nişanlı cütlük kirayəyə götürdükləri avtomobillə gedərkən 6-7 metrlik dərəyə düşdülər və sağ qaldılar. Şoka düşən gənc qadın, polisin qarşısında qəzaya səbəb olduğu iddiasıyla nişanlısını döydü.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Fəthiyədə 1 həftə əvvəl tətilə gəldikləri öyrənilən Özlem A. ilə nişanlısı Yılmaz. D. kirayəyə götürdükləri avtomobillə Özlem A.-nın Fəthiyədə olan yaxınlarını ziyarət etmək üçün yola çıxıblar. Cütlük kirayəyə götürdükləri 34 PN 8819 nömrəli avtomobildə mübahisə edərkən qəza baş verib.
Sürücü Özlem A. hadisə yerinə gələn 112 təcili yardımla xəstəxanaya aparılmasını istəməyib və səhətinin yaxşı olduğunu deyib. Bu zaman qəzanın şokunu yaşayan Özlem A. nişanlısı olduğunu irəli sürdüyü Yılmaz D.-nin qəzaya səbəb olduğunu ifadə edib və ona hücum edib. İki cütlük arasında baş verən davanı polis çətinliklə sakitləşdirə bilib.
Hadisə yerindən foto və videonu təqdim edirik.