Son sutka ərzində Azərbaycanda baş vermiş yol qəzalarında 2 nəfər həyatını itirb.
 
 
Sutka ərzində ölkə yollarında ümumilikdə 12 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə daha 28 nəfər də xəstəxanalara yerləşdirilib.
 
Bakının Binəqədi rayonunda "Opel" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 8 nəfər yaralanıb. Gəncənin Kəpəz rayonunda isə "VAZ 2106"nın maneəyə çırpılması sürücünün ölümünə, daha 6 nəfərin isə yaralanmasına səbəb olub. Bundan başqa Bərdə rayonu ərazisində "Mercedes" markalı minik avtomobilinin aşması nəticəsində 24 yaşlı sürücü ölüb.

 Hər bir faktla bağlı araşdırma aparılır. (Lent.az)