Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tikintidə təhlükəsizlik qaydaların pozulması nəticəsində baş verən ölüm hadisəsində təqsirləndirilən Seymur Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Seymur Abbasov barəsində heç yerə getməməklə bağlı qəti imkan tədbiri dəyişdirilib və 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
 
Qeyd edək ki, Seymur Abbasov tikintidə inşaatçı olub. O, inşa etdiyi binada bədbəxt hadisə olub. Ustalardan biri yıxılaraq ölüb. Zərərçəkənin hüquqi varisi məsələ ilə bağlı şikayət edib və Seymur Abbasovun təhlükəsizlik qaydalarına riayət etmədiyini deyib. Araşdırmalar zamanı Seymur Abbasova Cinayət Məcəlləsinin 222-ci ( tikinti işlərində təhlükəsizliyi pozma) maddəsi ilə ittiham verilib. Onun barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilib. Seymur Abbasovdan heç yerə getməməklə bağlı iltizam alınıb.(Lent.az)