Böyük Britaniyanın sabiq baş naziri Toni Bler 2003-cü ilin İraq müharibəsinə görə məhkəmə qarşısına çıxarıla bilər.

Unikal.org publika.az-a istinadən bildirir ki, bunu İngiltərənin İşçi Partiyasının lideri Ceremi Korbin bəyan edib.
 
O deyib ki, Toni Bler 2003-cü ildə baş nazir olduğu zaman İngiltərəni yalan vədlər verməklə İraq müharibəsinə cəlb edib. Onun sözlərinə görə, Toni Bler bu hərəkətinə görə ədalətli cəza almalıdır:
 
"Toni Bler xalqı aldadaraq söyləmişdir ki, guya Səddam Hüseyn sahib olduğu kimyəvi və bioloji silahları 45 dəqiqə ərzində hazır vəziyyətə gətirəcək. Bler xalqa bu cür yalan fikirlər söyləməklə İngiltərəni İraq müharibəsinə qoşub. Ancaq İraqda müharibə bitəndən sonra məlum oldu ki, Səddam Hüseyn ümumiyyətlə nüvə silahına malik deyil. İraqda kütləvi qırğın silahı tapılmadı. Toni Bler sadəcə olaraq Corc Buşla gizli şəkildə razılaşıb, İraq müharibəsində iştirak etdi".