Saxta pulla alver edən şəxs tutulub.
 
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 20-də İsmayıllı rayonunda yerləşən yanacaqdoldurma məntəqələrindən birində operator işləyən şəhər sakini Asif Mirzəzadə RPŞ-yə müraciət edərək martın 18-də "VAZ-21015" markalı avtomobilin naməlum sərnişininin saxta 50 manatlıq əskinas verərək 10 manatlıq yanacaq doldurmasını və ona 40 manat pul qaytarmasını bildirib. İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Asim Süleymanov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun martın 19-da rayon sakini R.Nuriyevə məxsus "VAZ-21011" markalı avtomobili qaçırması da müəyyən edilib.
 
Araşdırma aparılır.