Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyanın kansleri Angela Merkelin fitvası ilə şərtsiz hakimiyyətə doğru hərəkət edir.
Unikal.org xəbər verir ki, bu fikri Avropa İttifaqının keçmiş səfiri, Carnegie Europenin dəvət olunan eksperti Mark Pyerini nüfuzlu "Financial Times"dəki məqaləsində yazıb.
Pyerini qeyd edir ki, Ərdoğan seçilməsi zamanı qərb demokratiyasına xas sistemindən yaxa qurtarmaq istəyirdi. Yaranmış vəziyyətin qeyri-adiliyi ondadır ki, o, bunu Merkelin fitvası ilə edir.
Ekspert xatırladıb ki, məhz Berlin Ərdoğanı və onun silahdaşlarını 2015-ci ildəki növbədənkənar seçkilər zamanı dəstəkləyib. Almaniyanın kansleri miqrasiya böhranını aradan qaldırmaq üçün Türkiyə hakimiyyətinə böyük imtiyazlar vəd edib. Hətta onun tez-tez türkiyəyə səfərləri ilə bağlı belə zarafat da edirlər: "Merkel Ərdoğanın seçilməsinə səs verib".
Müəllifin fikrincə, kansler həqiqətən belə hərəkət edib. Lakin o, Türkiyə üçün o qədər bonuslar vəd edib ki, Ərdoğan Avropa Birliyinə daxil olmaq üçün söz və fikir azadlığı və qanuna riayət etməyin mütləq olmasını da vecinə almır. Pyeri yazır ki, Merkel hətta Ərdoğanın Avropanı miqrantlarla şantajına da mane olmadı, Avropa prinsiplərinin əsas əhəmiyyətini vurğulamadı.
Məqalədə qeyd edilir ki, baş nazir Əhməd Davudoğlunbun istefasından sonra Ərdoğan daha böyük hakimiyyət hiss edib. Nazirlər kabinetinin başçısı prezidentə söz deməkdən qorxmayaraq terrorçularla mübarizədən, kürdlərlə qarşıdurmadan və azad sözə basqıdan iradlar tuturdu. İndi isə onun varisi Ərdoğanın silahdaşı – nəqliyyat naziri Binali Yıldırım olacaq ki, bu da prezidentin avtoritarlığını daha da möhkəmləndirəcək.
Qanuna görə Avropa İttifaqı Ərdoğanın siyasi kursuna təsir edə bilməyəcək, çünki o və parlament qanuni yolla seçilib.
İndi əsas məsələ ondadır ki, Brüssel nə qədər qurbanlara getməyə hazırdır ki, Ankara qaçqınlarla bağlı öz öhdəliyini yerinə yetirsin.