Sabah Gəncə şəhərinin təbii qazla təchizatında məhdudiyyət yaranacaq. 

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən Unikal.org-a verilən məlumata görə, məhdudiyyət istismara yararsız qaz tənzimləyici qurğuların dəyişdirilməsi ilə əlaqədar olacaq.

Qazın kəsilməsi saat 10:00-dan saat 18:00-a qədər davam edəcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.