İmişlidə sürücünün ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında İmişli-Kürdəmir avtomobil yolunda Kökəltmə adlanan ərazidə qeydə alınıb.
İmişli şəhəri, Ramiz Əliyev küçəsi, 9 ünvanında yaşayan 24 yaşlı Cəlal Akif oğlu Cavadbəyli ilkin məlumata görə, icazəsiz "Hundai Sonata" markalı avtomobili evdən qaçırıb. O, avtomobildə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırıldıqdan sonra ona ilk tibbi yardım göstərilib. Lakin Cəlal Cavadbəylinin vəziyyəti ağır olduğundan o, paytaxt Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.