Belçika prokurorluğu İŞİD terror təşkilatının 4 üzvünü saxlayıb.
Unikal.org-un Rusiya mətbuatına istinadən məlumatına görə, prokurorluqdan bildirilib ki, həmin şəxslər ola bilsin ki, ölkədə yeni terror aktı törətməyi planlaşdırıb.
Saxlanılanlardan 2-si həbs olunub, biri pul müqabilində sərbəst buraxılıb, digəri isə qoluna elektron qolbaq bağlanaraq ev dustaqlığına buraxılıb.
Prokurorluğun bəyanatında qeyd olunub ki, həmin 4 şəxsin martın 22-də Belçika metrosu və hava limanında törədilən terror aktları ilə heç bir əlaqəsi yoxdur.