Azərbaycana keçərkən yaxalanan erməni diversantı, Ermənistanın Tavuş vilayətinin Berdavan kənd sakini Karen Kazaryanın yaxınlarının və həmkəndlilərinin onun azad edilməsi tələbi ilə keçirdikləri aksiyalar baş nazir Nikol Paşinyanı qəzəbləndirib.
Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan bu gün noyabrın 20-də keçirdiyi mətbuat konfransında Kazaryanın məsələsi haqda danışıb. Deyib ki, Kazaryanın qohumlarının onunla görüşmək istədiyi haqda məlumat alıb. Və tapşırıb ki, bu görüşü təşki etsinlər.
Nikol Paşinyan xatırladıb ki, Azərbaycanda daha bir Ermənistan vətəndaşı saxlanılır-Zaven Karapetyan. Amma ona görə heç kim yolu bağlamır. "Niyə ona görə yolu bağlamırlar? Ona görə ki, yetimdir? Bu məntiqə söykənirik?-o sual edib.
Paşinyan qeyd edib ki, Azərbaycan tərəfi əsir və girovların "hamının hamıya prinsipi ilə dəyişdirilməsini təklif edib. "Biz buna getməliyikmi? Bəs biz öldürülənlərin ailəsindən soruşmuşuq?-o Dağlıq Qarabağda girov saxlanılan Azərbaycan vətəndaşı Dilqəm Əsgərovu və Şahbaz Quliyevi xatırladaraq bildirib.
"Belə çıxır ki, Azərbaycana iki Ramil Səfərov da qaytaraq? Kazaryanlar ailəsinin faciəsini başa düşürəm və anlayışla qarşılayıram. Amma birbaşa deyirəm-Gürcüstana gedən yolu bağlamaq mənə aydın deyil. Yəni nəsə edə bilərdik və bunu etməmişik?-Paşinyan deyib.