Space Tv-də yayımlanan "Gəl Dərdini Danış" verilişində daha bir məsələ həllini tapıb.
Unikal.org xəbər verir ki, Umuxanım adlı şəxs ötən verilişlərin birində şikayyətçilərlə üz-üzə gəlmişdi. Səbəb xanım 12 otaqlı evə rəsmi olaraq 28 min manat ödəyərək sahib olmaq istəməsi idi. Araşdırmalar zamanı məlum olub ki xanım evi əqli problemli şəxsdən yəni evin sahibinin oğlundan etibarnamə ilə alıb. Ailələrin şikayyəti yayımlanandan sonra xanım təşkilatdan uzaqlaşdırılıb.
Verilişdə çıxış edən təşkilatın keçmiş əməkdaşı Umuxanım 2 otağa deyil 12 optağa sahib olmasını açıq aşkar bildirirdi. "Qanun mənim tərəfimdədir. Bütün ərazi mənimdir".
Amil Xəlilin müdaxiləsindən sonra iş məhkəməyə göndərilib. Məlum olub ki, xanıma sadəcə ərazidən 53 kv/m sahə düşür (təxminən 2 otaq) və digər otaqlar ailələrə qaytarılıb. Hələ üstəlik icraçıların da səhlənkarlığı ortaya çıxıb.
İndi ailələr rahat şəkildə öz evlərinə qayıdıb. Amma iş bununla da bitmir. Adı çəkilən xanımın növbəti araşdırması gedir. İşdə daha bir saxtakarlıq sübut olunarsa həmin sahə də alınaraq aidiyyatı üzrə təhvil veriləcək.. Teleaparıcı Amil Xəlil də gələn buraxılışda həmin ərazidən görüntülər tamaşaçılara təqdim edəəck
Xatırlatmalar və verilişi olduğu kimi sizə təqdim edirik.
Qeyd edək ki, veriliş həftə içi hər gün saat 16:00 da Amil Xəlilin təqdimatında Space Tv-də yayımlanır.