"Tələbələrə təhsil kreditlərinin verilməsi barədə müzakirələr davam etdirilir.
Unikal.org xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov tələbələrə təhsil kreditlərinin verilməsi məsələsi barədə danışarkən deyib.
O bildirib ki, bu istiqamətdə Təhsil Nazirliyi ilə Maliyyə Nazirliyi fəal dialoqdadır.
"Büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov kreditlərin qaytarılma mexanizminin tam aydın olmamasını səsləndirmişdi. Rəy nəzərə alınmaqla alternativ sxemlər barədə düşünürük.
Yaxın müddətdə hökumətdən yaxın həmkarlarla mexanizmi təqdim edəcəyik. Bu istiqamətdə işləri davam etdirəcəyik. Biz bu məsələnin müsbət həllinə kifayət qədər nikbin baxırıq".