Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində fasilə yaranıb.
Bu barədə Unikal.org-a "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata
görə,600 mm-lik çuqun xətdə baş vermiş qəza ilə əlaqədar Xətai
rayonunun bir hissəsinə (kənd Əhmədli, Radizavodun ətrafı, Zığ yolunun
bir hissəsi və Mingəçevir küçəsi) içməli suyun verilişində
məhdudiyyətlər olub.