Gənclər və idman naziri Azad Rəhimov noyabrın 23-də Göyçayda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, qəbulda Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar yuxarıda qeyd olunan rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.