Bu gün Şirvan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Unikal.org-a "Azərsu ASC-dən bildirilib.
Məlumata görə, buna səbəb magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır. Odur ki, şəhərin bir hissəsində (Təzə şəhər və bağ massivi ərazilərində) su kəsiləcək.
Qurum yaranacaq narahatlıqla əlaqədar "Azərsu abunəçilərdən üzr istəyib.