Gürcüstan prezidenti Georgi Marqvelaşvili parlament seçkilərinin keçirilmə tarixinin oktyabrın 8-nə təyin olunması barədə fərman imzalayıb.
Unikal.org xəbər verir ki, bu barədə cümə günü prezidentin mətbuat katibi Eka Mişveladze məlumat verib.
Marqvelaşvili tərəfindən imzalanan sənədin artıq ölkənin baş nazirinə göndərildiyi bildirilir.
"Biz baş nazirdən qanunla nəzərdə tutulan tarixdə kontrassiqnasiya gözləyirik", — deyə Mişveladze söyləyib.
Qeyd olunur ki, baş nazirin prezidentin fərmanını imzalaması üçün 10 gün vaxtı var.