Xəzər hərb meydanına çevrilir
12:45 20-09-2012
İQTİSADİYYAT
Xəzər hərb meydanına çevrilir
İran Rusiya ilə eyni mövqe sərgiləyir
İran gözlənilmədən Xəzər dənizində hərbi təlimlərə yenə start verdi. Bu isə sözsüz ki, regionda əlavə gərginliklər yaradır. Bunu da qeyd edək ki, ABŞ hazırda Hörmüz boğazında hərbi-dəniz təlimlərini keçirməyə hazırlaşır və bunun səbəbi odur ki, İran hər dəfə ABŞ-ı Hörmüz boğazını bağlamaqla hədələyir.
Buna görə İranın məlum bölgədə ABŞ-la psixoloji savaş aparmasının əsasları var.Amma İran belə bir məqamda Xəzərdə təlimlər keçirməsinə start verdi.Ekspertlər hesab edir ki, bu təlimlər Azərbaycana qarşı yönəlib. Çünki İranın Rusiya, Türkmənistan, Qazaxıstanla münasibətləri normaldır. İran Xəzər dənizində belə siyasət yürütdükcə Azərbaycanla dost ola bilməyəcək. Elxan Şahinoğluda bildirir ki, istənilən dövlət öz ərazisində hərbi təlimlər keçirə bilər: "Amma İran sanksiyalar şəraitindədir. İqtisadiyyatı ağır günlər yaşayır. Belə bir ərəfədə hərbi təlimlərin keçirilməsi Azərbaycana qarşı əzələ nümayişi kimi qəbul edirəm".Bunu da qeyd edək ki, bu İranın Xəzərdə hərbi təlimlərə başlama cəhdi ilk dəfə deyil. Bunu da qeyd edək ki, son zamanlar Xəzərdə yenidən bəzi sahilyanı ölkələr tərəfindən hərbi qüvvələrin artırılması müşahidə olunur. Bu fonda bəzi sahilyanı ölkələr həm də dənizdə açıq güc nümayişinə başlayır. Bu sırada ilk yerdə Rusiya və İran gəlir. Xəzərdə Azərbaycanla ərazi mübahisəsinə malik Türkmənistan da indi güc nümayişinə getdikcə daha çox üstünlük verməyə başlayır.
Bu fikirləri Xəzər dənizində müharibə təhlükəsinin artması barədə "Rusiyanın səsi" radiosunun sualını cavablandıran Siyasi Konyunkturalar Mərkəzinin eksperti Dmitri Abzalov isə qeyd edir ki, eyni zamanda bir neçə dövlət bölgədə hərbi fəaliyyətini artırıb: "İran da yaxın zamanda hərbi təlimlər keçirməyə hazırlaşır. Azərbaycan və Qazaxıstan daim hərbi-dəniz fəallığını saxlayır. Türkmənistan ilk dəfə olaraq böyükmiqyaslı təlimlər keçirib". Xəzər dənizində yaranan vəziyyəti şərh edən ekspert yaxın 2 ay ərzində iqtisadi maraqlarla bağlı mübarizənin daha da şiddətlənəcəyini təxmin edir: "Xəzər hər şeydən əvvəl iqtisadi maraqlar regionudur. Regionda Çinin də öz maraqları var".
Ekspert Xəzər məsələsi ilə əlaqədar Azərbaycan və Türkmənistan arasında əvvəllər baş verən fikir ayrılıqlarına da toxunub: "Nə Azərbaycan, nə də Rusiya müstəqil şəkildə genişmiqyaslı hərbi əməliyyatlar apara bilər. Onlara mütləq müttəfiqlər lazımdır. İranın da böyük iqtisadi potensialı var. İki qüvvə arasında müharibə başlasa, digərləri də müdaxilə edəcək. Ona görə də münasibətlərin hərbi qarşıdurma müstəvisinə keçməsi gözlənilən deyil". Bununla yanaşı, ekspert su sərhədlərinin pozulması kimi halları istisna etməyib.
Rusiyalı siyasi ekspert Aleksandr Sobyanin isə məsələyə fərqli prizmadan yanaşır. İlk əvvəl Rusiya Federasiyası Hərbi Dəniz Donanması Xəzər flotiliyasının tərkibinə yeni döyüş gəmilərinin daxil edilməsini şərh edən ekspert bildirir: "1992-ci ildə Xəzər flotiliyasının şəxsi heyəti vitse-admiral Boris Mixayloviç Zininin komandanlığı altında əsas bazanın və qüvvələrin Bakıdan Həştərxana yenidən dislokasiya olunmasını təmin edib. Bu reallıq qayıqların və dənizçilərin köçürülməsindən daha çox şeyi əks etdirir.
Rusiya geosiyasi anlamda çox əsr geriyə, Rusiya-Türkiyə və Rusiya-Fars döyüşləri zamanında olan tarixi sərhədlərə qayıtdı. ABŞ-SSRİ qarşıdurması zamanı Xəzər flotiliyası Baltik, Qara Dəniz, Şimal və Sakit Okean kimi əsas donanmalara əlavə olub. Hərbi-texniki avadanlığın imkanlarının bir neçə dəfə azaldığı bu gündə isə Rusiyanın milli maraqlarının təmin olunması sahəsində Xəzərdə hərbi-texniki avadanlığın əhəmiyyəti dəfələrlə artıb. İmkanlar azdır, tapşırıq və çağırışlar isə çox. Bununla da hər şey müəyyənləşir. Sovet vaxtında Bakının yaxınlığında ekranoplanlar, xüsusilə dünyanın ən nəhəng ekranoplanı olan "Orlyonok" (NATO-nun cədvəli üzrə "Xəzər bədheybəti ", dahi mühəndis-layihəçi Rostislav Alekseyevin ixtirası) sınaqdan keçirilib. Obrazlı şəkildə demək olar ki, bu gün "Orlyonok" qanadlarını bükərək Həştərxandakı yuvasına qayıdıb, orada Sovet ailəsinin dağıdılması şokundan ayılmağa və özünə gəlməyə çalışır".
Amma ekspertlər bildirir ki, məsələ get-gedə daha da ciddiləşəcək. Çünki İranla yanaşı,Rusiyada aqressiyasını artıracaq. Nəyə görə? İlk növbədə ona görə ki, Rusiya regionda öz imkanlarını artırmağa çalışır və şimal bölgəsində baş verənlərdə bunun təsdiqidir. Hesab edilir ki, Rusiya Azərbaycan və Gürcüstanla sərhəd bölgəsinə ordu cəmləşdirdiyi kimi, Xəzər dənizində də imkanlarını genişləndirəcək. Buna adekvat olaraq İran da artıq güc nümayiş etdirir və hesab etmək olar ki, Rusiya və İran Xəzərdə hegomonluğunu nümayiş etdirməyə çalışacaqlar. Amma bunun hansısa fəsadla nəticələnəcəyini hələ ki, demək mümkün deyil. Tək aydın olan budur ki, regionda güc balansı sürətlə pozulur və buna adekvat cavab yalnız Avropa və ABŞ-dan gələ bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00