Bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Tehrana rəsmi  səfər edib.


Unikal.org-un APA-nın Tehran Bürosuna istinadən məlumatına görə,  E.Nalbəndyanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

İki günlük səfər zamanı E.Nalbəndyan iranlı həmkarı və digər rəsmilərlə görüşəcək. Səfər çərçivəsində iki ölkə arasında viza rejiminin ləğvi barədə sənəd imzalanacaq. Sənədə əsasən, viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları İranda 90 gün müddətinə qala biləcəklər.