
Taliban terror qruplaşmasının döyüşçüləri Əfqanıstanın şərqində məhkəmə binasına hücum ediblər.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, hücum nəticəsində 5 nəfər öldürülüb. Öldürülənlər arasında prokuror Əkrəm Nicat da var.
Hücum Əkrəm Nicatın səlahiyyətlərinin icrasına başlamağı ilə bağlı mərasimin keçirildiyi zaman baş verib.
Hadisə zamanı 19 nəfərin də yaralandığı bildirilir. 3 terrorçu isə öldürülüb.