ABŞ-ın raketdaşıyıcı hərbi gəmisi Qara dəniz sularına daxil olur, Rusiya narahatdır.
ABŞ-ın raket daşıyıcı "Porter" adlı hərbi gəmisi "Atlantic resolve" ("Atlantik qətiyyət") adlı ikitərəfli hərbi təlimlərdə iştirak etmək üçün Qara dəniz hövzəsinə daxil olur.
Bu barədə ABŞ-ın hərbi-dəniz qüvvələrinin-nin rəsmi saytında da qeyd olunub.
"ABŞ NATO üzrə müttəfiqlərinin kollektiv təhlükəsizliyinə bağlılığını və Avropadakı partnyorlırına dəstəyini hər zaman nümayiş etdirəcək" deyə ABŞ donanmasının rəsmi səhfəsində bildirilir.
Qeyd olunur ki, təlimlər "müttəfiqlərimizin və partnyorlarımızın (ABŞ-ın red.) dəniz təhlükəsizliyinin, sabitliyin, habelə onların dəniz potensialının yüksəldilməsi" məqsədilə aparılır.
ABŞ-ın "Porter" hərbi gəmisi daimi baza olaraq İspaniyada lövbər salır. Gəmi Montrö anlaşmasına görə, Qara dəniz sularında 21 sutkadan artıq qala bilməz.
Bununla bağlı Rusiyadan artıq reaksiya gəlib. Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin birinci müavini Frants Klintseviç ABŞ-ın bu hərəkətini NATO-nun "qlobal zərbə" vurmağa hazırlığı kimi qiymətləndirib və ABŞ-ın bunun üçün plasdarm yaratmaqda olduğunu söyləyib.
Bundan öncə Rusiyann NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko NATO-nu Qara dəniz akvatoriyasında konfrontasiya sxemlərini daşımaqda günahlandırıb. Onun sözlərinə görə, "Rusiya Qara dənizin "NATO dənizinə" çevrilməməsi üçün əlindən gələni edəcək və ölkəyə cənub istiqamətdən güc yolu ilə təzyiq göstərilməsinin qarşısını alacaq". (Musavat.com)