Monqolustanda səfərdə olan ABŞ dövlət katibi Con Kerri Rusiyaya diqqətini digər ölkələrə hərbi güc nümayiş etdirmək əvəzinə geriləməkdə olan iqtisadiyyatına inkişaf etdirmək, yeni iş yerləri yaratmaq məsləhət görüb.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, C. Kerri Ulan-Batorda gənc liderlərlə görüşdə deyib ki, əks halda Rusiyanın perspektivi yoxdur.
Rusiyada enerji və yeni texnologiyalar sahəsinə qoymaq üçün böyük investisiyalar olmadığını vurğulayan ABŞ dövlət katibi bildirib ki, Rusiyanın təxribatları, Ukraynada fəaliyyəti səbəbindən real iqtisadiyyatı zəifləyir: "Rusiya nümayiş etdirə bilər ki, havaya təyyarələr qaldırmaqla və Xəzər dənizindən raket atmaqla insanları bombalaya bilər. Ancaq bu, insanlara iş yeri yaratmır. Rusiya hakimiyyətinin hazırkı fəaliyyəti ölkənin uzun perspektivdə dünya bazarında rəqabət aparmaq üçün mövqeyini gücləndirmir".