Əfqanıstan parlamentinin deputatı Şir Vəli Vardak Kabildə evi qarşısında baş verən partlayış nəticəsində həyatını itirib, daha 11 nəfər yaralanıb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən "Sputnik" agentliyi məlumat yayıb.
Əfqanıstan Milli Assambleyasının məlumatına görə, Şir Vəli Vardak ölkənin təhsil naziri Faruk Vardakın qardaşıdır. Siyasətçi evli idi, yeddi övladı qalıb.
Terror aktına görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.