Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa ölkələrini ikiüzlülükdə və Afrika xalqlarının soyqırımında günahlandırıb.
Unikal.org Türkiyədə dərc olunan «Daily Sabah» qəzetinə istinadən xəbər verir ki, Afrika ölkələrinə səfəri zamanı etdiyi çıxışların birində Ərdoğan Fransanı Ruanda xalqına qarşı tərədilmiş soyqırımda günahlandırıb.
Xatırladaq ki, yola saldığımız həftənin ən səs-küylü hadisələrindən biri Almaniya Bundestaqının 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri «erməni soyqırımı» kimi tanıması olub. Bundan sonra Ankara hakimiyyəti Berlindəki səfirini geri çağırıb.