Yaponiyada olan "Fuji" dağında olduqca qorxunc bir meşə var.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu meşəni qəribə edən səbəb burada baş verən qorxunc hadisələrdir. "Aokigahara" adlanan meşə intihar etmək istəyənlərin son məkanı olaraq seçilir. Digər meşələrdə "Alov yandırmayın" kimi xəbərdarlıq lövhələri olduğu zaman, bu meşədə "Xahiş olunur intihar etməmişdən əvvəl polisə zəng edin" kimi qəribə lövhələr var.
Qorxunc meşə ilə bağlı müxtəlif əfsanələr də mövcuddur. Xalqın inancına görə dünya ilə ölüm arasında qalmış ruhlar "Aokigahara" meşəsində qəti fikrə gələ bilir və intihar etməklə öz yollarını seçirlər.