İsveçrədə hər kəsə dövlət tərəfindən baza ödənişi edilməsi təklifi ilə bağlı keçirilən referendumun nəticəsi məlum olub.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, referenduma qatılanların 78 faizi təklifin əleyhinə səs verib.
Ölkə qanunvericiliyinə əsasən, hər hansı təklifin referenduma çıxarılması üçün 100 min imza toplanması tələb olunur. Hər kəsə ayda 2260 avro (uşaqlara 560 avro) verilməsini nəzərdə tutan təklifi referenduma çıxarmaq üçün də 100 min imza toplanıb.
Vətəndaşlar 2260 avroluq hədiyyədən hökumətin belə olacağı təqdirdə vergilərin yüksələcəyi xəbərdarlığından sonra imtina ediblər.