Bu gün seçiciləri qarşısında çıxış edən ABŞ prezidentliyinə real namizədlərdən biri, milyarder Donald Tramp qeyd edib ki, ABŞ-ın Liviya siyasəti «faciəvi» idi.
Unikal.org Amerikanın CBS telekanalına istinadən xəbər verir ki, bununla Tramp Liviyaya müdaxilə zamanı ABŞ-ın dovlət katibi olmuş prezidentliyə digər namizəd Hillari Klintonun «bostanına daş atıb».
«Qəbul edilmiş qərarlara gəlincə, Liviya faciə idi. ABŞ orada elə hərəkət edirdi ki, biz bundan pis istəsək də, heç nə edə bilməzdik. Bir sözlə Liviyada şox pislik etdik», - Tramp deyib.
Onun sözlərinə görə, ABŞ-ın bacarıqsız siyasəti ona gətirib çıxarıb ki, indi Liviyada İŞİD terrorçuları ölkənin neftinə nəzarət edirlər. «Biz isə heç nə etmirik, onlara qarşı tədbir görmürük, yaraqlılar isə dünyanın ən yaxşı neftini satmaqla gəlir əldə edirlər», - ABŞ prezidentliyinə namizəd vurğulayıb.