Formula-1 könüllüsü Naylə Axundzadənin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub.
Belə ki, xanımın jestləri və çıxışı bəzi istifadəçilərin kəskin iradına məruz qalıb. Könüllülərinin rəsmi səhifəsində paylaşılan videoya o qədər çox tənqid və təhqirdolu şərh gəlib ki, səhifə adminləri videonu siliblər. Bütün şərhlərə cavab yazan 21 yaşlı Nailəyə o qədər çox tənqid və təhqir gəlib ki, sonda o "facebook" profilini dondurub.
Formula - 1 könüllülərindən birinin verdiyi məlumata görə, bu şərhlərdən sonra gənc qızın vəziyyəti pisləşib, barəsində yazılanları oxuyandan sonra halı pisləşən Nailə Axundzadə üçün təcilli tibbi yardım çağırılıb və xəstəxanaya aparılıb. Videonun da məhz bu səbəbdən silindiyi iddia olunub.
Qeyd edək ki, Nailə Bakı Sənayə Pedoqoji Kollecinin 4-cü kurs tələbəsidir.
(azxeber.com)