Bazar günü, iyunun 5-də Moskvada səs-küylü toy məclisi olub. Erməni oliqarx, «Taşir» şirkətlər qrupunun sahibi Samvel Karapetyan 23 yaşlı oğlu Sarkis Karapetyana Salomeya adlı gürcü qızını alıb.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, toy o qədər təmtəraqlı keçib ki, son vaxtların ən varlı toyu sayılan Qutseriyevin oğlunun toyundan geri qalmayıb.
Toy mərasimini Andrey Malaxov və Vera Brejneva aparıblar. Musiqi tərtibatı isə Alla Puqaçova və Qriqori Lepsə tapşırılıb. Məşhur «Maroon 5» qrupunun solisti Alasm Levinin çıxışı isə toyda iştirak edənlər üçün sürprizə çevrilib.
İşin maraqlı tərəfi ondadır ki, videodan göründüyü kimi, toyda Azərbaycan musiqisi də səslənib. Hətta dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasının musiqisi də erməni rəqsi kimi qələmə verilib.