Ötən gün Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayonunun Zarat kəndində bir nəfəri qayalıqdan xilas etməsi haqda məlumat yayılmışdı.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, həmin hadisə Xıdırzində pirinin (Beşbarmaq) ərazisində baş verib. Pirə ziyarətə gəlmiş 41 yaşlı Xızı rayonu, Sitalçay kənd sakini Qasımov Rövşən İsmayl oğlu namaz qılmaq məqsədilə yaxınlıqdakı qayaya dırmaşmaq istəyərkən, qayaların arasında sıxılmış vəziyətdə qalıb.
Hadisə nəticəsində o, yüngül xəsarət alıb, çiyni çıxıb. Hadisə yerinə gəlmiş Şimal Regional Təcili Tibbi Yardım xidmətinin həkimləri tərəfindən ona ilkin tibbi yardım göstərilib, səhhəti qənaətbəxş olduğundan özü xəstəxanaya aparılmaqdan imtina edib.