Samuxda döyülmə faktı qeydə alınıb.
Unikal.org APA-ya istinadən bildirir ki, rayonun Çobanabdallı kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Elçin oğlu Quliyev sağ göz qapağının gematoması, sağ gicgah və sol əlin çapılmış yaraları xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. E.Quliyevin sözlərinə  görə, o, yaşadığı kənddə bir neçə nəfər tərəfindən döyülüb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.