İmişli rayonunda intihar hadisəsi baş verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Baoşçalılar kəndində qeydə alınıb.  
Kənd sakini, 1996-cı il təvəllüdlü kənd sakini Əhmədzadə Daşdəmir Sahib oğlu özünü həyətlərindəki çardaqdan asıb. Onun meyiti bu gün səhər saatlarında aşkarlanıb.
Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.
İntiharın səbəbi məlum deyil.