Bakıda bıçaqlanma hadisəsi baş verib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında yerləşən Tibb Texnikomunun yataqxanasında Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndərov Elvin Məhəmməd oğlu bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alan 26 yaşlı E.İsgəndərov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.