Xəbər verdiyimiz kimi, ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki hücuma məruz qalıblar.
Unikal.org xəbər verir ki, sabiq deputat Etibar Hüseynov məsələ ilə bağlı fikirlərini bölüşüb. O qeyd edib ki, rüşvət və reket qoxulu, eybəcər şəkildə plagiat bir proqramla, icazəsiz olaraq hansısa sahibkarın obyektinə daxil olub "yoxlama" aparmaq yolverilməzdir:
"Jurnalistlərə qarşı edilən hər bir zorakılığa qarşıyam. Amma rüşvət və reket qoxulu, eybəcər şəkilde plagiat bir proqramla, icazəsiz olaraq hansısa sahibkarın obyektinə daxil olub "yoxlama" aparmaq da yolverilməzdir. Bu baxımdan həmin sahibkarın rəftarını nəinki qınamır, hətta ona bəraət də qazandırıram. Hayla gələn, huyla da yola salınmalıydı. Və bir sual- həmin şamaxılı sahibkar da öz növbəsinde əlinə kamera alıb ATV rəhbərinin kabinetinə icazəsiz və qəfil daxil olub çəkiliş etsə sizcə mənzərə necə ola bilər?"