"Bayaqdan telefonlarım susmur".
Bu gün mətbuatda ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu ilə xanımı, "Xəbərlər" proqramının keçmiş aparıcısı Samirə Mustafayevanın boşanması xəbərləri yayılıb.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, aparıcı Samirə deyib ki, bayaqdan telefonlarım susmur: "Bu barədə danışmaq istəmirəm. Bu, mənim şəxsi həyatımdır. Şəxsi məsələrlə bağlı heç kimə açıqlama vermək iqtidarında deyiləm.
Boş-boş xəbərlərdir. Belə bir şey yoxdur. Yayılan mənasız dedi-qoduya qoşulmaq niyyətində deyiləm", - deyə Mustafayeva açıqlama verib."