Ali məktəbi kredit hesabına bitirən tələbələr ali məktəbi bitirəndən sonra işləməlidir ki, krediti ödəyə bilsin.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Maarifçi Tələbə Kredit Fondunun icraçı derektoru Rüfət Mahmudov deyib.
O bildirib ki, fond bu sahədə ciddi riskə gedir: "Tələbə işləməsə, krediti qaytara bilməyəcək və bu da mübahisə yaradacaq. Belə olan halda fond məhkəməyə müraciət edə bilər. Amma inanmıram ki, kreditlə oxumağa razılıq verən tələbə ail məktəbi bitirəndən sonra işləməsin və krediti ödəməsin".