Ermənistan istehsalı olan ilk smartfonlar bu gün bazara çıxarılacaq.

Unikal.org lent.az-a istinadən bildirir ki, bu smartfonları "Technology and Science Dynamics" şirkəti istehsal edəcək.

"Technology and Science Dynamics"də qeyd ediblər ki, müasir tendensiyalara uyğun və məxsusi xüsusiyyətlərlə təchiz edilmiş 5 yeni model təqdim ediləcək.

"Ermənistan məhsullarının vaxtı çatıb" şüarını üstün tutub təqdim olunan erməni telefonları nəinki öz dizaynı və əlçatanlığı ilə, hətta keyfiyyəti ilə ən müşkül istifadəçinin tələblərini yerinə yetirməyə qadirdir", - deyə şirkətin yaydığı məlumatda deyilir. 

İstehsalçının məlumatında deyilir ki, Ermənistandan olan gənc mütəxəssislər tərəfindən yaradılmış cihaz dünyanın ən aparıcı brendlərindən geri qalmır.